Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, Rusiyanın Almaniyadan rus müxalifətçi Aleksey Navalnının vəziyyəti ilə bağlı dəqiq məlumat ala bilmədiyini və ssenarinin əvvəlcədən yazılması haqda dəqiq fikrin olduğunu deyib.
Eurasia Diary "Hürriyet"ə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, Rusiyanın Almaniyada Berlin şəhərindəki klinikada müayinədən keçən və zəhərləndiyi elan edilən müxalif siyasətçi Aleksey Navalnının vəziyyəti ilə bağlı dəqiq məlumat əldə edə bilmədiklərini bildirib. Zaxarova, "Cavab verilmədi. Nə Rusiya Prokurorluğunun rəsmi tələbinə, nə də Omskdakı həkimlərimizin etirazlarına. Heç bir şey, sıfır. Ssenarinin əvvəlcədən yazılması haqda dəqiq fikir var", o deyib. Zaxarova, Almaniyanın Rusiyaya məlumat verməli olduğunu vurğulayıb.