Əfqanıstanın vitse-prezidenti Əmrullah Saleh sui-qəsdən yaxa qutara bilib.
Eurasia Diary Reuters-ə istinadən xəbər verir ki, o, yol kənarında baş verən partlayışdan xəsarətsiz qurtara bilib.
"Bu gün Əfqanıstanın düşmənləri bir daha Salehə zərər vurmaq istəyib. Lakin onlar bu xain məqsədlərinə çata bilməyiblər və Saleh xilas ola bilib", vitse-prezidentin sözçüsü Rizvan Murad söyləyib.
O, bildirib ki, partlayış zamanı Saleh xəsarət almasa da iki cangüdən yaralanıb.