Azərbaycan məhsulları bir sıra ərəb ölkəsinə ixrac olunacaq | Eurasia Diary - ednews.net

16 Yanvar, Şənbə


Azərbaycan məhsulları bir sıra ərəb ölkəsinə ixrac olunacaq

Dünya A- A A+

Azərbaycan bir sıra ərəb ölkəsinə istehsal etdiyi məhsulları ixrac edəcək.

Eurasia Diary "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə Ərəb Ölkələrinin Əməkdaşlığı Assosiasiyasının icraçı direktoru Yalçın Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycana bu bazara çıxışı İordaniya təmin edəcək ki, bu istiqamətdə danışıqlar artıq baş tutub: "Coğrafi baxımdan Suriya bazarına çıxış Livandan əlverişli olardı, lakin bu ölkədə mövcud problemlər buna imkan vermir. Məhz bu səbəbdən biz layihənin icrasını İordaniya ilə həyata keçirilməsini düşünürük".

Assosiasiyasının icraçı direktoru əlavə edib ki, bununla yanaşı, Azərbaycan məhsullarının həmçinin Misir, Oman və Bəhreyn bazarlarına da çıxarılması nəzərdə tutulur.

"Öz növbəsində, bu ölkələrin biznes dairələri Azərbaycanın əczaçılıq, neft-kimya sənayesinə, hotelçilik və restoran biznesinə sərmayə yatırmağa hazır olduqlarını bildiriblər. Əlbəttə, bunların hamısı pandemiyanın bitməsi ilə əlaqədardır ki, investorlar ölkəyə gəlib, əyani olaraq mövcud şəraiti qiymətləndirə bilsinlər", - deyə Y. Əliyev bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...