Eurasia Diary newsru.co.il-ə istinadən xəbər verir ki, 15 sentyabrda Ağ Evdə İsrail ilə Birləşmiş Ərəb Əmirlikləri arasında saziş imzalama mərasimi baş tutacaq. Mərasimdə BƏƏ nümayəndə heyətinə Xarici İşlər və Regional Əməkdaşlıq Naziri Şeyx Abdullah bin Zayed rəhbərlik edəcək.
"Şeyx Abdullah bin Zayed, ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Baş nazir Binyamin Netanyahunun iştirakı etdiyi İsrail ilə tarixi sülh sazişinin imzalanması mərasimində iştirak etmək üçün 15 sentyabrda Vaşinqtona gələcək yüksək səviyyəli nümayəndə heyətinə rəhbərlik edəcək", BƏƏ Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
İsrail Baş naziri Benyamin Netanyahu, 8 sentyabrda "Prezident Trampın dəvəti ilə Vaşinqtona getməkdən və Ağ Evin İsrail ilə Birləşmiş Ərəb Əmirlikləri arasında tarixi sülh sazişinin imzalanmasında iştirak etməkdən qürur duyuram", deyə bildirib.
Mərasimdə İsrail baş nazirinin, Əbu-Dabi taxtının varisi Şeyx Məhəmməd bin Zayedlə ilk rəsmi görüşünün baş tutacağı güman edilirdi. Lakin BƏƏ-nin dövlət başçısı Vaşinqtona getməkdən imtina edib.