Rus xakerlər ABŞ-da keçiriləcək prezident seçkilərinə müdaxilə etməyə çalışıblar. Beləki, Microsoft şirkəti rus xakerlərinin namizəd Co Baydenin seşki kampaniyasında iştirak edən məşvərətçi şirkətlərdən birini hədəfə aldığını bildirib.
Eurasia Diary Reuters-ə istinadən xəbər verir ki, onlar SKDKnickerbocker şirkətinin heyətini hədəfə almağa cəhd ediblər.
Qeyd edək ki bu şirkət Bayden və başqa Demokratlar partiyasının üzvlərinin seçki kampaniyası üçün strategiya və kommunikasiya məsələlərində xidmət göstəriblər.
Firmanın işçilərindən birinin verdiyi məlumata görə xakerlər firmanın şəbəkəsinə daxil olmağa çalışıblar. “Sistem çox güclü müdafiə olunduğundan heç bir xəta baş verməyib”.
Bu addım ABŞ kəşfiyyat orqanlarına Noyabr seçkilərində xarici qüvvələrin müdaxiləsi üçün bir siqnal olub.