Gürcüstan fevral ayından bu günədək ən çox koronavirusa yoluxma faktı qeydə alıb.
APA-nın verdiyi məlumata əsasən son sutka ərzində 57 yoluxma qeydə alınıb və bununla da ümumi yoluxma sayı 1830-a çatıb.
Gürcüstanın Birinci Kanalının verdiyi xəbərə görə İqtidar administrasiyasının rəhbəri Natia Mezvrişvili bəzi qadağaların yenidən tətbiq olunacağını qeyd edib.
“İndiyə qədər mövcud olan məhdudiyyətlərə geri qayıdırıq, toylar, yubileylər və yas mərasimləri qadağan ediləcək. Qapalı məkanlarda bunlar onsuz da qadağan idi, indi isə, açıq məkanda da qadağan ediləcək”, Mezvrişvili deyib.