ABŞ Dövlət Katibi Mayk Pompeo Rusiyalı müxalif bloqqer Aleksey Navalnının zəhərlənməsinin arxasında "böyük ehtimal" ki Moskva rəsmilərinin göstərişi olduğunu söyləyib.
Eurasia Diary BBC-yə istinadən xəbər verir ki, Donald Trampdan fərqli olaraq Pompeo Moskvanı ittiham etməkdən çəkinməyib.
Pompeo Vaşinqtonun hadisəyə necə reaksiya verəcəyini dəyərləndirdiyini bildirib.
Qeyd edək ki, Almaniya və NATO Navalnının Noviçok adlı zəhərli maddə tərəfindən zəhərləndiyi ilə bağlı ciddi faktlara sahib olduqlarını qeyd ediblər.