ABŞ prezidenti Donald Trampın 2021 Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb. Bu barədə Eurasia Diary Anadolu Agentliyinə istinadən xəbər verir.
ABŞ Prezidentinin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə İsrail arasındakı razılaşmaya verdiyi töhfəyə görə 2021 Nobel Sülh Mükafatına namizəd göstərildiyi bildirilib.
Amerika mətbuatında yer alan xəbərlərə görə, Trampın mükafata namizədliyini Norveç Parlamentinin üzvü Kristian Taybrinq-Gjedde təqdim edib.
Taybrinq-Gjedde, Nobel Komitəsinə təqdim etdiyi namizədliklə bağlı məktubunda Tramp administrasiyasının BƏƏ ilə İsrail arasında əlaqələrin qurulmasında əsas rol oynadığını və digər Yaxın Şərq ölkələrinin BƏƏ-nin yolunu tutacağına ümid etdiyini və razılaşmanın Yaxın Şərqi əməkdaşlıq və firavanlıq zonasına çevirə biləcəyini vurğulayıb.
Qeyd edək ki, BƏƏ 1979-cu ildə Misir və 1994-cü ildə İordaniyadan sonra İsrail ilə normallaşma müqaviləsi bağlayan üçüncü ərəb ölkəsidir.
ABŞ Prezidentinin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə İsrail arasındakı razılaşmaya verdiyi töhfəyə görə 2021 Nobel Sülh Mükafatına namizəd göstərildiyi bildirilib.