Yaponiyanın Müdafiə naziri Kono, Abe Şinzonun istefası ilə yeni baş nazir axtarmağa başlayan ölkədəki son siyasi vəziyyəti qiymətləndirərkən erkən seçkiyə gediləcəyinə işarə etdi.
Eurasia Diary Anadolu Agentliyinə istinadən xəbər verir ki, Yaponiya Müdafiə naziri Kono Taro, Abe Şinzonun istefasından sonra yeni baş nazir seçilməsinin ardından gələn ay Yaponiyada erkən seçkilərin keçirilə biləcəyini söylədi.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (CSIS) tərəfindən təşkil edilən onlayn konfransa qatılan nazir Kono, Abenin istefasından sonra ölkə siyasətinin vəziyyətindən danışdı.
Kono, Yaponiyanın yeni baş nazirinin 14 sentyabrda keçiriləcək hakim Liberal Demokrat Partiyasının (LDP) daxili seçkiləri ilə 16 sentyabrda Nümayəndələr Palatasında (Shuugiin) seçiləcəyini xatırlatdı.
Yeni baş nazirin 2021-ci ilin oktyabrında keçiriləcək ümumi seçkilərə qədər vəzifəsində qala biləcəyinə işarə edən Kono, oktyabr ayında ümumi seçkilərin keçirilməsindən sonra ölkənin 2021-ci ilə təxirə salınan Tokio Olimpiadasına hazır ola biləcəyini deyib.