Ermənistanın Baş naziri Nikol Paşinyan koronavirusun ölkəsinin sosial-iqtisadi vəziyyətinə ciddi zərbə vurduğunu, lakin ortada sosial böhranın olmadığını bildirib.
Eurasia Diary Aysor xəbər sayına istinadən xəbər verir ki, Paşinyan bu sözləri Nazirlər Kabinetinin iclasında söyləyib.
“Sosial-iqtisadi vəziyyəti öyrənməyin üsullarından biri də alış-veriş çeklərinin həcminin ölçülməsidir. Hal-hazırda bu yöndə 2.5% azalma var və bu vəziyyətin ağır olduğunu bildirir. Amma oxşar vəziyyət 2019-cu ildə də olub”.
“Bu onu göstərir ki, Ermənistanda sosial böhran yoxdu, lakin sosial-iqtisadi vəziyyət pisləşir”, deyə Paşinyan qeyd edib.