Beyrut Limanında yenidən yanğın olub - VİDEO | Eurasia Diary - ednews.net

22 Oktyabr, Cümə axşamı


Beyrut Limanında yenidən yanğın olub - VİDEO

Dünya A- A A+

Sentyabrın 10-da Beyrut limanında təkərlər və yağların saxlanıldığı anbarda yanğın baş verib. Eurasia Diary xəbər verir ki, bu barədə Reuters-ə Livandakı hərbi mənbədən məlumat daxil olub. Hazırda liman ərazisindən qara tüstü çıxdığını görmək mümkündür. Sosial şəbəkələrdə məkanın alova büründüyünü göstərən videolar ortaya çıxıb.

Ölkənin Qırmızı Xaç rəhbərinin sözlərinə görə, limanın yanması nəticəsində partlayış baş verməsi təhlükəsi yoxdur və tüstüdən nəfəs darlığı problemi yaşansa da xəsarət alan yoxdur.
 
Xatırladaq ki, 4 avqustda Beyrut limanında baş verən dəhşətli partlayış nəticəsində yaxınlıqdakı yaşayış sahələrinə böyük ziyan dəyib və ən azı 190 nəfər həyatını itirib. Təxminən 5000 nəfər yaralanıb, 300 mindən çox insan isə evsiz qalıb.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...