Cümə axşamı rəsmi Pekin, ABŞ-ın 1000-dən çox çinli tələbə və tədqiqatçı üçün vizaları ləğv etməsi qərarına cavab verdi. Amerika hökuməti onların təhlükəsizlik riski yaratdığını və ya Çinin ordusu ilə əlaqəli olduğunu güman edir.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian viza qərarının qərəzli olduğunu deyib.
Eurasia Diary-nin Global Times dövlət qəzetinə istinadən verdiyi xəbərə görə, o "Bu addım çinli tələbələrin insan haqlarını ciddi şəkildə pozan açıq siyasi təqib və irqi ayrıseçkilikdir", deyə cümə axşamı keçirilən brifinqdə bildirib.
Bundan əlavə, rəsmi Pekin cavab vermək hüququnu özündə saxladığına dair xəbərdar etdi, lakin bunun nədən ibarət olacağını açıqlamadı.