Ermənistanın ikinci prezidenti Robert Köçaryan “Millət-Ordu” planının yerinə yetirilmədiyindən təəssüf hissi keçirdiyini bildirib.
“Çox heyif ki, bu plan yerinə yetirilmir. İndi də hökumət milis məsələsini ortaya qoyub”.
Eurasia Diary erməni KİV-ə istinadən xəbər verir ki, Köçaryan müdafiə nazirinin müavinlərindən birinin bu planı həyata keçirə bilməyəcəyini deməsi onu çox təəcübləndirib.
O, hökumətin hərbi xidməti daha cəlbedici etməli olduğunu bildirib.
“Xalq anlamalıdır ki, əgər kimsə orduda xidmət etməyibsə o, dövlət işində vəzifə tuta bilməz və bu işi bacara bilməz. Lakin indi tam fərqlidir. Orduda xidmət sadəcə dövlət işinə gedən yol və karyera üçün vacib kimi görünür”, Köçaryan deyib.