Fransa prezidenti Emmanuel Makron, Korsika adasında keçiriləcək Avropa İttifaqına üzv olan Cənubi Avropa Ölkələrinin Sammiti (Med7) öncəsi mətbuat konfransı təşkil etdi.
Eurasia Diary Anadolu Agentliyinə istinadən xəbər verir ki, Makron, "Biz avropalılar, Türk xalqına deyil, (Türkiyə Prezidenti Rəcəb Tayyib) Ərdoğan hökumətinə qarşı açıq və sərt olmalıyıq", deyə bildirib.
"Türkiyə ilə bağlı ortaq mövqe sərgilənməlidir. Avropanın enerji və strateji məsələlərində ümumi siyasət olmalıdır. Bu məsələlər yalnız NATO-nun öhdəsinə buraxılmamalıdır. Avropa ölkələrinin bu mövzularda sərt münasibəti olmalıdır. Türkiyə artıq bu bölgədə (Şərqi Aralıq dənizi) tərəfdaş deyil". Makron, həmçinin NATO müttəfiqi Türkiyənin Liviya sahilləri yaxınlığında fransız gəmilərinə qarşı qəbuledilməz davranış göstərdiyini iddia etdi.