Rusiya, Çin və İrana bağlı hakerlər ABŞ-da keçiriləcək bu ilki seçki kampaniyalarına aid şəxslərə və qruplara kiber hücumlar təşkil ediblər.
Eurasia Diary BBC-yə istinadən xəbər verir ki, bu barədə Microsoft şirkəti məlumat yayıb.
Texnologiya firması Rusiyanın 2016-cı il seçkilərində olduğu kimi indi də müdaxilə etmək fikrində olduğunu bildirib.
Şirkət həm Co Baydenin həm də Donald Trampın kampaniyasınının hakerlərin hədəfində olduğunu bildirib.
“Strontium qrupuna məxsus rus hakerlər 200-dən çox təşkilata hücumlar təşkil edib, hansı ki şirkətlərin əksəriyyəti Demokratlar və həm də Respublikaçılar partiyası ilə əlaqəlidir”, deyə Microsoft qeyd edib.
Strontium şirkətinin Rusiya hərbi kəşfiyyat orqanı olan QRU ilə əlaqəli olduğu bildirilir.
Bundan əlavə Microsoft, çin xakerlərin Bayden, İran xakerlərinin isə Tramp kampaniyasını hədəfə aldığını vurğulayıb.