Serbiyanın Prezidenti Aleksandr Vuçiç dövlət televiziyasında çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putinin və Xarici İşlər naziri Sergey Lavrovun XİN sözçüsü Mariya Zaxarovanın Serbiya-ABŞ danışıqlarına dair paylaşımına görə ondan üzr istədiyini bildirib.
Eurasia Diary Ria Novosti-yə istinadən xəbər verir ki, Vuçiç rusiyalı həmkarı ilə çox yaxşı telefon danışığı apardığını söyləyib.
“Prezident Putin heç vaxt heç nəyə görə məndən üzr istəməyib, Sergey Lavrov da həmçinin. Lakin Zaxarovanın paylaşımına görə, hər ikisi üzr istəyib”.
Vuçiç bu paylaşımın onun üçün keçici və əhəmiyyətsiz olduğunu deyib.
Xatırladaq ki, Vuçiç ilə ABŞ prezidenti Donald Trampın görüşü zamanı Serbiya prezidentinin ABŞ prezidentinin qarşısında stulda ələşdiyi görüntüsü yayılıb. Bu foto haqqında isə Rusiya XİN mətbuat katibi Mariya Zaxarova Facebook səhfəsində öz fikirlərini paylaşıb. O, paylaşımında Vuçiçi məşhur “Əsas instinkt ” filmində baş rolun ifaçısı Şeron Stounla müqayisə edərək bunları yazıb:
“Əgər sizi Ağ Evə çağırıb, stulu sorğu-suala tutulmuş kimi qoyurlarsa, o zaman ikinci şəkildəki kimi oturun".