İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Avropalıların ABŞ iqtisadi terrorizminə qarşı çıxmalı olduqlarını söyləyib.
Eurasia Diary Mehr agentliyinə istinadən xəbər verir ki, o, bu barədə öz Twitter səhifəsində paylaşım edib.
“İran dini və strateji səbəblərdən nüvə silahından imtina edir. Əgər Avropa İttifaqı Birgə Hərtərəfli Fəaliyyət Planının təmin etdiyi etimadın yaranması və şəffaflığın güclənməsinin yerinə yetirilməsini istəyirsə, Avroplalılar ABŞ vandalizmini Birmləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında rədd etdikləri kimi ABŞ iqtisadi terroizminə qarşı da çıxış etməlidirlər”, Zərif deyib.
Iran rejects nuclear weapons for religious & strategic reasons—far weightier than any “deal".
— Javad Zarif (@JZarif) September 10, 2020
But if E3/EU want full implementation of CBMs & enhanced transparency that JCPOA provides, they should reject US #EconomicTerrorism just as they've rejected its vandalism in the #UNSC.