Gürcüstan Mərkəzi Seçki Komissiyası müxalif partiya olan Vətənpərvərlər Alyansının anti-türk reklamlarını qanun pozuntusu kimi qeydə alıb.
“Seçki proqramı müharibə və zorakılıq, indiki mövcud dövlətin zorakılıq yolu ilə dəyişilməsi və ya devrilməsinə çağırış, Gürcüstanın ərazi bütövlüyünün pozulması, milli qarşıdurma və düşmənçilik, dini və etnik qarşıdurma təbliğatı daşımamalıdır”, seçki qaydalarında qeyd olunub.
Ədalətli Seçkilər və Demokratiya Beynəxlalq Cəmiyyəti MSK-nı 2 Sentyabrda adı çəkilən partiyanın bu qanunları pozduğunu bildirib. Bu müddət ərzində, MSK bu məsələyə dair araşdırma aparıb.
Beynəlxalq qurum Alyansın Türkiyəyə qarşı Gürcüstan vətəndaşlarını düşmənçiliyə sövq etməyə yönəlik 6 video və Facebook reklamları paylaşdığını aşkar edib. Bu reklamlar dini və etnik zəmində nifrət mesajlarını da ehtiva edib.
Bu videolarda Türkiyənin Gürcüstanın 33% torpağını işğal etdiyi qeyd olunub.
Onların reklam afişalarında Qara dəniz ətrafında Acara bölgəsi Rusiyanın işğal etdiyi Abxaziya və Cənubi Osetiya kimi qırmızı rənglə işarələndiyi müşahidə olunub və aradan qaldırılıb.