Moskva ilə London arasında yeni dialoq üçün minimal imkanlar var - Kreml | Eurasia Diary - ednews.net

29 Oktyabr, Cümə axşamı


Moskva ilə London arasında yeni dialoq üçün minimal imkanlar var - Kreml

Dünya A- A A+

Kreml düşünür ki, Rusiya ilə Böyük Britaniya arasında dialoqların aparılması üçün yeni özülün formalaşmasına ehtiyac var, lakin bunun olması imkanları çox aşağı qiymətləndirilir.

Eurasia Diary TASS agentliyinə istinadən xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dimitri Peskov deyib.

“İndi Birləşmiş Krallıq beynəlxalq çərçivədə bir çox aspektlərdə hüquqi bazasını dəyişib. Praktiki olaraq bütün istiqamətlərdə Rusiya-Britaniya əlaqələri dondurulub. Bunun üçün əlbəttə ikitərəfli əsasda müqaviləli hüquqi çərçivə qurulmalıdır ki, bu da intensiv dialoqların vacibliyini diktə edir”, o deyib.

Mətbuat katibinin sözlərinə görə, "hazırda bu cür fürsət minimaldır, lakin ehtiyac çox aktual və vacibdir".

Peskov dialoqun aparılması üçün hər iki tərəfin razılığınını olmasının vaciblliyini vurğulayıb.

"Dialoq bizim seçimimizə və təşəbüssümüzə görə dayandırılmayıb".

Qeyd edək ki, Britaniya Aİ-dən çıxandan bəri ilk olaraq ən böyük ticarət razılığını Yaponiya ilə edərək azad ticarət müqaviləso imzalayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...