Ankara Şərqi Aralıq dənizi ilə bağlı 4 şərt irəli sürdü | Eurasia Diary - ednews.net

29 Oktyabr, Cümə axşamı


Ankara Şərqi Aralıq dənizi ilə bağlı 4 şərt irəli sürdü

Dünya A- A A+
1) Oruç Rəis ətrafındakı Yunan gəmiləri geri çəkilməlidir. 2) Meis də daxil olmaqla Şərqi Egey adaları silahlanmamalıdır. 3) NATO-nun parçalanma təşəbbüsü dəstəklənəcək. 4) Qərbi Trakyadakı Türk azlığına təzyiqə son qoyulmalıdır. Bu barədə Eurasia Diary "Hürriyet"ə istinadən xəbər verir.
 
Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy, Aİ üzvü olan Cənubi Avropa Ölkələrinin Sammitində (Med7) qəbul edilən yekun bəyannamədə Şərqi Aralıq dənizi və Kipr problemi ilə bağlı açıqlamaların keçən il olduğu kimi "qərəzli, həqiqətə uyğun olmayan və hüquqi cəhətdən əsassız" olduğunu bildirdi.
 
Fransa, İtaliya, İspaniya, Malta, Portuqaliya, Yunanıstan və Kipr Rum İdarəçiliyinin iştirakı ilə keçirilən görüşlərdən sonra yayılan yekun bəyannamə ilə əlaqədar Türkiyənin rəsmi mövqeyini dilə gətirən Aksoy Yunanıstanı bir daha beynəlxalq hüquqa zidd və dəniz yurisdiksiyasına aid maksimalist iddialarından vaz keçməyə dəvət etdi.
 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...