Bəhreyn İsrailin “cinayətləri”ndə ortaq olacaq - İran XİN | Eurasia Diary - ednews.net

29 Oktyabr, Cümə axşamı


Bəhreyn İsrailin “cinayətləri”ndə ortaq olacaq - İran XİN

Dünya A- A A+

Şənbə günü İran Xarici İşlər Nazirliyi, on illərlə davam edən düşmənçilikdən sonra münasibətləri normallaşdırmaq üçün razılaşma əldə edən Bəhreynin İsrailin “cinayətləri”ndə ortaq olacağını bildirib.  

Eurasia Diary xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin açıqlamasında, "Bəhreyn rəhbərləri bundan sonra bölgə və İslam dünyasının təhlükəsizliyi üçün davamlı təhdid olan Sionist rejimin cinayətlərində ortaq olacaq", deyə qeyd olunub.

İran əsas düşməni İsraili “məzlum Fələstində və bölgədə on illərdir davam edən şiddət, qırğın, müharibə, terror və qan tökməkdə” günahlandırıb.
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...