Əfqanıstanda terror hücumları zamanı ən azı 5 nəfər həlak olub | Eurasia Diary - ednews.net

29 Oktyabr, Cümə axşamı


Əfqanıstanda terror hücumları zamanı ən azı 5 nəfər həlak olub

Dünya A- A A+

Əfqanıstanda Kunduz şəhərinin kənarında Şinvar müşahidə məntəqəsinə Taliban qüvvələrinin hücumu zamanı ən azı 5 polis nəfəri həlak olub.

Eurasia Diary Sputnik-ə istinadən xəbər verir ki, bunu Kunduz şəhəri polis rəisi Hicrətullah Əkbəri bildirib.

Əkbərinin sözlərinə görə hücum şənbə günü gecə baş verib üç Əfqanıstan Milli Polisinin nəfərləri, iki nəfər yerli polis həlak olub və dörd hüquq mühafizə orqanlarının üzvü yaralanıb. O, əfqan polisinin məntəqə üzərində nəzarəti bərpa etdiyini bildirib.

Bundan əlavə olaraq Qəndəhar vilayətinin cənubunda Mayvand rayonunda da təhlükəsizlik müşahidə məntəqəsinin yanında avtomobil partladılıb və nəticədə bir polis nəfəri həlak olub və üçü yaralanıb.

Lakin Taliban hələ də bu hücumlar barədə heç bir şərh verməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...