Sakit Okeanda Rusiya qırıcısı ABŞ hərbi təyyarələrini qovdu | Eurasia Diary - ednews.net

23 Oktyabr, Cümə


Sakit Okeanda Rusiya qırıcısı ABŞ hərbi təyyarələrini qovdu

Dünya A- A A+

Rusiyaya məxsus MiQ-31 qırıcı təyyarəsi Berinq dənizi üzərində 2 ədəd ABŞ B1-1B bombardmançı təyyarələrini Rusiya sərhədlərindən uzaqlaşdırıb.

Eurasia Diary TASS agentliyinə istinadən xəbər verir ki, Rusiya Ordusunun verdiyi məlumata görə Berinq dənizinin neytral sularından iki hava obyekti Rusiya sərhədlərinə yaxınlaşarkən radar ilə müəyyən edilib.

“Sakit Okean donanmasının MiQ-31 qırıcısı hava sərhəddini pozulmasının qarşısını almaq üçün hədəflərə doğru qaldırıldı. Təyyarənin heyəti onların 2 ədəd ABŞ Hava Qüvvələrinə məxsus B1-1B bombardımançı təyyarələri olduğunu müəyyən edərək onları Berinq dənizi boyunca müşayiət edib”, məlumatda qeyd olunur.

ABŞ təyyarələri uzaqlaşdıqdan sonra isə MiQ-31 geri öz bazasına qayıdıb.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...