Dünən Belarusda etirazçılar Lukaşenkonun andiçmə mərasiminə qarşı olaraq nümayişlər keçirib.
Eurasia Diary BBC-yə istinadən xəbər verir ki, etirazlar zamanı iştirakçılar arasında polislər tərəfindən döyülən və tutulanlar olub.
Qeyd edək ki, rəsmi nəticələrə görə Lukaşenko 80% səs toplayaraq prezident seçilib. Lakin onun bu qalibiyyəti müxalif düşərgə tərəfindən qəbul olunmayıb. Nəticədə isə seçkilərdən bu günə qədər etirazlar səngimir.
Bir neçə Avropa İttifaqı ölkələri və ABŞ Lukaşenkonu qanuni prezident kimi tanımadığını bildirib.