Ukraynada matəm elan olundu | Eurasia Diary - ednews.net

29 Oktyabr, Cümə axşamı


Ukraynada matəm elan olundu

Dünya A- A A+

Təyyarə qəzası ilə əlaqədar Ukraynada matəm elan olunub.

Eurasia Diary APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski müvafiq fərman imzalayıb. 

Fərmanda deyilir: "25 sentyabr 2020-ci il tarixində Xarkov vilayətinin Çuquyev şəhəri yaxınlığında planlaşdırılan təlim uçuşları zamanı An-26 hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin qulluqçularının ölümünə səbəb olan faciə ilə əlaqədar olaraq, qurbanların xatirəsini anmaq üçün 26 sentyabr 2020-ci il Ukrayanda matəm günü elan edilsin". 

Qeyd edək ki, Prezident Vladimir Zelenski qəza baş verən yerə gedib.

Xatırladaq ki, sentyabrın 25-də An-26 hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində 26 nəfər həlak olub.

Təyyarənin göyərtəsində 27 nəfər olub. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...