Dünən 26 nəfərin həyatına son qoyan faciəli təyyarə qəzasına görə Azərbaycanın yüksək dövlət rəsmiləri Ukraynaya başsağlığı göndərib.
İlk öncə ölkə başçısı İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskiyə başsağlığı göndərib.
“Hörmətli cənab Prezident,
Xarkov vilayətində hərbi təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.
Daha sonra Baş nazir Əli Əsədov da Ukraynanın Baş Naziri Denis Şmıqala başsağlığı məktubu göndərib.
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov təyyarə qəzası ilə bağlı Ukraynaya başsağlığı verib. Ceyhun Bayramov bu barədə "Twitter"də paylaşım edib.