Ermənistanda 18 yaşdan 55 yaşınadək kişilər ölkəni yalnız ərazi hərbi komissarlıqlarının yazılı icazəsi ilə tərk edə bilərlər.
Eurasia Diary Ordu.az-a istinadən xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Mülki Aviasiya Komitəsindən məlumat verilib.
“Ermənistan hökuməti tərəfindən 27 sentyabr 2020-ci il tarixdə qəbul edilmiş 1585N qərara uyğun olaraq 55 yaşdan aşağı şəxslər üçün çağırış elan edilib. 18 yaş ilə 55 yaş arasındakı kişilərin ölkədən çıxmasına yalnız ərazi hərbi komissarlıqlarının yazılı icazəsi ilə razılıq verilir”, - deyə məlumatda qeyd olunub.