Qırğızıstanın paytaxtı Bişkekdə başlayan kütləvi iğtişaşlar zamanı xəsarət alanların sayı 590 nəfərə çatıb.
Eurasia Diary “TASS”-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.
“Onlardan 150 nəfəri xəstəxanaya yerləşdirilib. Bir nəfər ölüb", - məlumatda belə deyilir.
Xatırladaq ki, oktyabrın 5-də səhər saatlarında parlament binasının və dövlət başçısı administrasiyasının yerləşdiyi Bişkekin mərkəzi meydanında mitinq başlayıb. Mitinq seçki nəticələrinə əsasən qanunverici orqana daxil ola bilməyən partiyaların nümayəndələri iştirak ediblər. Onlar nəticələrin ləğv edilməsini və səsvermənin yenidən keçirilməsini tələb ediblər. Bununla əlaqədar olaraq 12 partiyanın liderləri seçki nəticələrinin ləğvi tələbi ilə Mərkəzi Seçki Komissiyasına imza toplayıblar.
Axşam saatlarınadək aksiyalarda təxminən 6 minə yaxın etirazçı toplaşıb. Ölkənin sabiq prezidenti və həbsdə olan Almazbek Atambayevin oğlu Seyitbek Atambayev də etirazçıların arasındadır. O, seçkilərdə məğlub olan partiyalardan birinin - Qırğızıstan Sosial Demokrat Partiyasının lideridir.(apa)