Livanın paytaxtı Beyrut şəhərində yanacaq-sürtkü materialları saxlanılan anbarda partlayış baş verib və nəticədə yanğın başlayıb.
Eurasia Diary-nin xarici KİV-ə istinadən məlumata görə, ətrafdakı bir sıra binalar dağılıb. Qeyd edilir ki, 4 nəfər həyatını itirib, 50-dən çox yaralı var.
Bölgəyə yanğın söndürənlər və xilasedicilər cəlb olunub.
Bildirilib ki, anbarın sahibi həbs olunub.