31 oktyabr Gürcüstan parlamentinə seçkilərdən öncə gürcü diasporunun nümayəndələri ilə görüşmək üçün Afinaya gələn Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili hücuma məruz qalıb.
Eurasia Diary xəbər verir ki, görüşün keçiriləcəyi kinoteatrın yaxınlığında naməlum şəxs camaatın arasından keçərək Gürcüstanın keçmiş prezidentinin başına bir neçə zərbə endirib.
Xatırladaq ki, daha əvvəl Saakaşvili cəbhədəki gərginliklə əlaqədar Azərbaycana dəstəyini bildirmişdi.