Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan erməni kişilərini qadınlarına layiq olmağa və Qarabağda müharibəyə getməyə çağırıb.
Bu barədə Eurasia Dairy erməni KİV-lərə istinadən xəbər verir.
"Maşınlarınıza bayraq taxmaqla və İrəvanın küçələrində vətənpərvər mahnı oxumaqla qələbəni yaxınlaşdırmırsınız".
O, erməni qadınlarının forma geyinərək qadın qruplarına daxil olduğunu bildirib. Ovannisyan qadın tələbələrindən birinin göz yaşları ilə ondan intiharçı tapşırığına getməyi tələb etdiyi ilə bağlı hekayəni də danıışıb.
"Erməni qadınlarımıza layiq olun", deyə Hovhannisyan söyləyib.