Rusiya Qoşulmama Hərəkatına müşahidəçi statusu üçün müraciət edib | Eurasia Diary - ednews.net

29 Noyabr,


Rusiya Qoşulmama Hərəkatına müşahidəçi statusu üçün müraciət edib

Dünya A- A A+

Rusiya Qoşulmama Beynəlxalq Hərəkatında müşahidəçi statusu almaq üçün müraciət edib.

Eurasia Diary-nin APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib. 

Qeyd edək ki, Qoşulmama Hərəkatı (Non-Aligned Movement - NAM) formal olaraq heç bir bloka tərəf olmadığını bildirmiş 120 dövlətin üzv olduğu, digər 17 ölkənin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi beynəlxalq təşkilatdır.

Hərəkatın yaradılması ideyası 1955-ci ildə İndoneziyada Bandonq konfransında irəli sürülüb. 1961-ci ildə isə Fidel Kastro və marşal İosif Broz Titonun rəhbərliyi ilə Yuqoslaviyada keçirilən konfransda Bitərəf Dövlətlər Hərəkatının yaradıldığı elan olunub.

Təşkilata hazırda Azərbaycan rəhbərlik edir. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...