Rusiyalı deputat evində güllələndi | Eurasia Diary - ednews.net

27 Noyabr, Cümə


Rusiyalı deputat evində güllələndi

Dünya A- A A+

Rusiyanın Leninqrad vilayətində Vıborqski rayonundan bələdiyyə deputatı və biznesmen Aleksandr Petrov özünün bağ evində öldürülüb.

Bu barədə “47news” xəbər yayıb.

Bildirilir ki, naməlum şəxs oktyabrın 24-də, axşam saat 6 radələrində Petrovu güllələyib. 

Baş verənlərlə bağlı təfərrüat açıqlanmayıb.

Hadisə ilə bağlı İstintaq Komitəsi tərəfindən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi ilə cinayət işi başladılıb.

Qeyd edilir ki, yerli media onu dəfələrlə Vıborqskinin qeyri-rəsmi sahibi adlandırıb. Petrov özü belə adlandırılmamağı tələb edib. Bundan sonra media iş adamını  #nexozyayin (qeyri-sahib) adlandırmağa başlayıb.(oxu.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...