Avropayönümlü müxalifət Fəaliyyət və Həmrəylik Partiyasının lideri Maia Sandu, Moldovadakı Prezident seçkilərinin ilk turunda səslərin 35,61 %-ni, hazırkı dövlət başçısı İqor Dodon isə 33,01%-ni qazanıb.
Eurasia Diary TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Hesablamalara görə üçüncü yeri 16.94% səslə "Partiyamız"ın lideri, ölkənin ikinci böyük şəhəri Balti şəhərinin meri Renato Usatıy tutur.
Bildirilib ki, protokolların 99,11% -i sayılıb.
Seçici iştirakı tələb olunan 33.33% -dən çox olduğundan, MSK seçkiləri keçərli sayıb.
Namizədlərdən heç biri səslərin 50% -dən çoxunu yığa bilmədiyi üçün qalib noyabrın 15-də keçiriləcək ikinci turda müəyyənləşəcək.