Türkiyənin İzmir şəhərindəki zəlzələdən 91 saat sonra 4 yaşlı Ayda Gezgin dağıntılar altından sağ çıxarılıb.
Eurasia Diary-nin xəbərinə görə, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) əməkdaşları bildiriblər ki, 4 yaşlı qız qabyuyan maşına sığınmış vəziyyətdə aşkar edilib.
Xilasedicilər əvvəlcə səs eşidiblər. Ərazidə yaradılan sakitlikdən sonra səsin sahibinin adını və vəziyyətini soruşublar. Azyaşlının xilas edilməsini ətrafdakılar alqışlarla müşayiət edib.
Aydanın vəziyyəti həmin vaxt yaxşı olub və xəstəxanaya yerləşdirilib. Onun anası Fidan Gezginin də dağıntılar altında qaldığı bildirilib.
Qeyd edək ki, ötən gün 3 yaşlı qız Elif Perinçek 65 saat sonra dağıntılar altından sağ çıxarılmışdı.