ABŞ-da 59-cu prezident seçkilərinin səsverməsinin nəticələri hesablanır.
Eurasia Dairy "The Guardian"a istinadən xəbər verir ki, son nəticələrə görə Demokratlar partiyasının namizədi Co Bayden 225 səslə qabaqdadır.
Onun rəqibi Respublikaçılar partiyasının namizədi Donald Tramp isə 213 səs toplayıb.
Qeyd edək ki, ABŞ seçkilərində səslər ştatların seçkilər kollegiyasının səslərinə əsasən hesablanır. Ümumilikdə 270 səs toplayan namizəd qalib hesab olunur.
Hal-hazırda səsləri hesablanmamış 9 ştatda Donald Tramp öndədir.