Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağla bəyanatından sonra İrəvanda etirazçılar hökumət binasına giriblər.
Eurasia Diary-nin “SputnikArmenia”ya istinadən verdiyi xəbərə görə, binada olan xüsusi xidmət orqanları əməkdaşları etirazçılara müqavimət göstərməyiblər.
Etirazçıların Baş nazirin kabinetə girdiyi deyilir. Onlar dövlət atributlarını binadan çıxarmaqla öz etirazlarını bildiriblər.
***
Paşinyanın Dağlıq Qarabağla bağlı bəyanatından sonra Ermənistan vətəndaşları hökumət binasına hücum ediblər.
Eurasia Diary-nin “SputnikArmenia”ya istinadən verdiyi xəbərə görə, bundan əvvəl avtomobil karvanları İrəvanın mrəkəzində yerləşən Respublika Meydanına doğru hərəkət ediblər.
Etirazlar Dağlıq Qarabağda müharibənin dayandırılması ilə bağlı ölkənin baş naziri Nikol Paşinyanın açıqlamasından sonra başlayıb.