Ermənistanın “Daşnaktsutyun” və bir sıra partiyaları Paşinyanın istefasını tələb edirlər | Eurasia Diary - ednews.net

4 Mart, Cümə axşamı


Ermənistanın “Daşnaktsutyun” və bir sıra partiyaları Paşinyanın istefasını tələb edirlər

Dünya A- A A+

Erməni İnqilabi Federasiyası, “Daşnaktsutyun” (EİF) partiyasının Ali Şurasının nümayəndəsi İşxan Saqatelyan videomüracitələ çıxış edərək Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında bağlanan razılaşmadan danışıb.

Eurasia Diary-nin “SputnikArmenia”ya istinadən verdiyi xəbərə görə, o, sentyabrın 27-də müharibə başlanan zaman Nikol Paşinyana zəng edərək siyasi fikir ayrılıqlarını kənara qoyduğunu, ordu və dövlətin yanında olduğunu deyib.

Saqatelyan müharibə vaxtı Paşinyanla üç dəfə qapalı görüşlərinin olduğunu vurğulayıb: “Oktyabrın 29-dakı görüşdə Paşinyan dedi ki, güzəştlərə getmək lazımdır, bu barışıq üçün yeganə yodlur. EİF onda bəyan elədi ki, bu Ermənistan üçün iflas olar”.

Onun sözlərinə görə noyabrın 5-də parlament qüvvələri ilə görüş zamanı qondarma Dağlıq Qarabağ Respublikasının prezindeti Araik Arutunyan da təslimiyyət barədə danışıb: “EİF heç bir danışığı və satqınlığı bağışlamayacaq”.

Saqatelyan “Daşnaktsutyun” partiyasının Paşinyanın istefasını tələb etdiyini təsdiləyib.

“Çiçəklənən Ermənistan” partiyasının nümayəndəsi İveta Tonayan da Paşinyanın istefasını tələb edib. 

Etirazçılara qoşulan Tonoyan deyib: “Bu gün bizim tariximizin ən rüsvayçı səhifəsi yazılıb. Bir neçə saat əvvəl “Çiçəklənən Ermənistan” və bir sıra partiya baş nazirin istefası tələbi ilə çıxış ediblər. Bütün bu olanlardan sonra Paşinyanın edə biləcəyi ən az şey istefa ola bilər”. (apa)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...