Ermənistan polisi İrəvanın Azadlıq meydanında keçiriləcək mitinqdə iştirak etmək istəyən fəalları saxlayıb.
Eurasia Diary-nin “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, polis heç bir səbəb olmadan insanları saxlayır.
Polis tərəfindən saxlanılanlar arasında “Respublikaçılar" partiyasının nümayəndələri Eduard Şarmazanov, Vaqram Bağdasaryan, Vardan Ayvazyan, Geqam Petrosyan, Hayk Mamidcanyan, Karine Açemyan, Geqam Petrosyan, “Vətən” partiyasının nümayəndələri Arsen Babayan və Vardan Voskanyan da var.
Qeyd edək ki, bundan əvvəl, Ermənistanın Baş Prokurorluğu, ölkədə hərbi vəziyyət olduğu üçün mitinqlərin qadağan edildiyi barədə xəbərdarlıq edib.
Xatırladaq ki, İrəvanın mərkəzi meydanında mitinq saat 13:00-da başlamalı idi, lakin aktivistlərin Azadlıq meydanına girməsinə mane olan polis bir neçə saat əvvəldən meydanı mühasirəyə alıb.
Mitinq iştirakçıları Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli atəşkəs razılaşmasına etiraz edilər.
Aksiya iştirakçıları Baş nazirin Nikol Paşinyanın istefasını da tələb edilər.