"Nikol dur, ölkəmizi satma" - Ermənistan müxalifət lideri | Eurasia Diary - ednews.net

28 Fevral,


"Nikol dur, ölkəmizi satma" - Ermənistan müxalifət lideri

Dünya A- A A+

Təəssüf ki, xain hakimiyyət orqanlarının sərhədlərimizi qanla çəkərək sadə bir əl hərəkəti ilə təhvil vermək üçün hazırladığı sui-qəsd planının qarşısını ala bilmədik.

Eurasia Diary erməni KİV-lərə istinadən xəbər verir ki, bu sözləri Hayrenik partiyasının sədri və keçmiş Milli Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanetsyan bu gün İrəvanda keçirilən etiraz aksiyalarında iştirak edərkən səsləndirib.

“Bir il əvvəl Nikolu dayanmağa çağırdım, dedim, Nikol dur, ölkəmizi məhv edirsən, o mənə qulaq asmadı. Bu gün bir daha deyirəm, Nikol dur, vətənimizi satma. Biz burada hakimiyyəti dəyişdirmək üçün deyil, ölkəmizi, Qarabağı və kimliyimizi qurtarmaq üçün toplaşmışıq. Erməni xalqı təslim olmayacaq, erməni milləti qalib gələn bir millətdir və qazanacaq" Vanetsyan deyib.

O, heç kimin evə getməyəcəyini, ölkənin gələcəyini xilas edənə qədər dayanacaqlarını qeyd edib.

“Son 2 il yarımda milli kimliyimizi pozmağa çalışan agentlik şəbəkələri bu gün Qarabağda minlərlə gənci aradan götürdü. İndi tərk etməyə haqqımız yoxdur, bu mübarizəni sona qədər aparacağıq. Bu son çox yaxındır".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...