Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan ürək tutması diaqnozu ilə “Nork” Kardialoji Mərkəzə yerləşdirilib.
Eurasia Diary APA-ya istinadən xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan”a xəstəxandakı mənbə təsdiqləyib.
Xidmət rəisi müayinədən keçdikdən bir müddət sonra evə buraxılıb.
Qeyd edək ki, Armen Abazyan noyabrın 8-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib.