ABŞ prezidenti Donald Tramp ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların müddətini uzadıb.
Eurasia Diary “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ Evdən məlumat yayılıb.
“İranla münasibətlərimiz hələ də normallaşmayıb... Bu səbəbdən 14 noyabr 1979-cu il tarixli 12170 saylı fərmanla elan edilmiş İrana qarşı fövqəladə vəziyyətin uzadılmasına ehtiyac olduğuna qərar verdim”, - Tramp belə deyib.(apa)