Ermənistan prezidenti Armen Sarkisyan müdafiə naziri təyin edilməsi haqqında fərman imzalayıb.
Eurasia Diary-nin erməni KİV-nə istinadən verdiyi xəbərə görə, fərmana əsasən, Vaqarşak Arutyunyan müdafiə naziri təyin edilib. Buna qədər V. Arutyunyan Baş nazir Nikol Paşinyanın baş müşaviri, 1999-2000-ci illərdə isə müdafiə naziri olub.
Xatırladaq ki, Ermənistan Müdafiə naziri David Tonoyan bugün istefa verib.
Həmçinin Ermənistan prezidentinin digər fərmanlarına əsasən, Andranik Piloyan fövqəladə hallar naziri, Mesrop Arakelyan isə əmək və sosial məsələlər naziri təyin olunub.