Avropa İttifaqının yeni hərbi doktrinası hazırlanır | Eurasia Diary - ednews.net

20 Yanvar, Çərşənbə


Avropa İttifaqının yeni hərbi doktrinası hazırlanır

Dünya A- A A+

Avropa İttifaqının (Aİ) yeni hərbi doktrinası – “Aİ-nin strateji kompası” hazırlanır.

Eurasia Diary-nin APA-ya istinadən xəbərinə görə, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel "Twitter"də bildirib. 

“Bu gün Aİ-yə üzv ölkələrin müdafiə nazirləri Aİ-nin daha necə güclü təhlükəsizlik təminatçısı ola biləcəyini müzakirə edirlər. “Strateji kompas” bu məqsədə çatmaq üçün əsas elementdir”, - deyə Cozep Borrel qeyd edib.  

Qeyd edək ki, daha öncə Brüsseldəki diplomatik mənbə jurnalistlərə bildirib ki, Aİ “Aİ-nin strateji kompası” adlanan strateji konsepsiyasının üzərində işləyir. 

Xatırladaq ki, bu gün Aİ müdafiə nazirlərinin videokonfransı keçirilir və bu konsepsiya orada müzakirə olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...