ABŞ-da kilsəyə hücum olub - iki nəfər ölüb, bir neçə nəfər yaralanıb | Eurasia Diary - ednews.net

19 Yanvar, Çərşənbə axşamı


ABŞ-da kilsəyə hücum olub - iki nəfər ölüb, bir neçə nəfər yaralanıb

Dünya A- A A+

ABŞ-da kilsəyə hücum olub, ölənlər var.

Eurasia Diary-nin APA-ya istinadən verdiyi xəbərə görə, Kaliforniya ştatının San-Xose şəhərindəki baptist kilsəsinə hücum olub.

Kilsədəkilərə bıçaqla hücum edilib, hadisə nəticəsində iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Polisin məlumatına görə, yaralıların bəzilərinin vəziyyəti ağırdır, eyni zamanda hadisə baş verən zaman kilsədə ibadət olmayıb.

Hadisənin qurbanları soyuqdan qorunmaq üçün kilsəyə sığınmış evsiz şəxslər olub.

Hadisəni törədənlərin kimliyi və insidentin motivi hələlik bəlli deyil.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...