Rus sülhməramlıları 11 mindən çox erməni əhalisinin Dağlıq Qarabağa geri qayıtmasını təmin ediblər | Eurasia Diary - ednews.net

19 Yanvar, Çərşənbə axşamı


Rus sülhməramlıları 11 mindən çox erməni əhalisinin Dağlıq Qarabağa geri qayıtmasını təmin ediblər

Dünya A- A A+

Dağlıq Qarabağda Rusiya sülhməramlıları 23 müşahidə məntəqəsində regionda atəşkəsə nəzarət edir. Sülhməramlılar Dağlıq Qarabağda yaşayan erməni əhalisinin geri qayıtmasına da nəzaəri həyata keçirir.

Eurasia Diary erməni KİV-lərə istinadən xəbər verir ki, noyabrın 14-dən etibarən Rusiya sülhməramllarının müşayiəti ilə təxminən 11 mindən çox erməni əhalisi Dağlıq Qarabağa geri dönüb.

Sülhməramlı qüvvələrin mühəndis bölmələri yol nəqliyyatının, ictimai obyektlərin və evlərin elektrik enerjisi, su və istilik təchizatının bərpasına kömək edir. Onlar qəsəbələri ərzaq və lazımı məhsullarla təchiz edən nəqliyyat vasitələrini müşayiət edirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...