Paşinyan bir saatda iki dəfə Putinə zəng edərək onunla Qarabağı müzakirə edib | Eurasia Diary - ednews.net

18 Yanvar, Bazar ertəsi


Paşinyan bir saatda iki dəfə Putinə zəng edərək onunla Qarabağı müzakirə edib

Dünya A- A A+

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə bir saatda iki dəfə telefonla danışıb və Qarabağdakı vəziyyəti onunla müzakirə edib.

Eurasia Diary xəbər verir ki, Paşinyan bu barədə özünün “Facebook” səhifəsində yazıb.

“Son bir saat ərzində iki dəfə Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışdım. Laçın dəhlizindəki yaşayış yerləri, itkin düşənlərlə bağlı problemi, axtarış əməliyyatlarını, məhkumların və həlak olanların cəsədlərinin mübadiləsi, sülhməramlıların yerləşdirilməsi və bölgədə nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması ilə bağlı məsələləri müzakirə etdik”, - deyə Paşinyan öz paylaşımında bildirib.

Onun sözlərinə görə, belə müzakirələr mütəmadi, bəzən gündə bir neçə dəfə aparılır: “Xarakterini və tezliyini nəzərə alaraq bu müzakirələr barədə heç də hər zaman məlumat yaymırıq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...