Əfqanıstanda Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi qaçırılıb | Eurasia Diary - ednews.net

16 Yanvar, Şənbə


Əfqanıstanda Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi qaçırılıb

Dünya A- A A+

Əfqanıstanın mərkəzindəki Vardak vilayətində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşı naməlum şəxslər tərəfindən qaçırılıb.

Eurasia Diary APA-ya istinadən xəbər verir ki, bu barədə “Ariana News” telekanalı BQXK-ya istinadən xəbər verib.

Məlumata görə, şənbə günü girov götürülən əməkdaşın sərbəst buraxılması üçün danışıqlar aparılır.

Qeyd edək ki, hələ ki, ölkədə fəaliyyət göstərən qrupların heç biri BQXK-nin nümayəndəsini qaçırdıqlarını elan etməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...