Gürcüstanda son sutkada daha 4,033 nəfərdə koronavirusa tutulub, 4,061 nəfər sağalaraq evə buraxılıb, 39 pasiyent isə vəfat edib.
Eurasia Diary xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Hazırkı dövrədək qonşu ölkə üzrə COVID-19-a 143,376 yoluxma halı təsdiqlənib. Yoluxanların 121,621-i sağalıb, 1,342-si isə ölüb.