Erməni iqtisadçı: “Ermənistanın İkinci Qarabağ müharibəsindəki itkiləri 38 milyard dollardır”

Dünya 15:38 12.01.2021

Ermənistanın Hərbi Sığorta Fondunun Qəyyumlar Şurasının üzvü, iqtisadçı Mesrop Manukyan İkinci Qarabağ müharibəsi nəticəsində ermənilərin üzləşdikləri canlı qüvvə və maddi itkiləri hesablayıb.

Eurasia Diary xəbər verir ki, o, bu zaman Avropa Şurasının qiymətləndirmə metodundan istifadə edib.

İqtisadçı bildirib ki, müharibədə 4 500 nəfər erməni hərbçi ölüb və itkin düşüb, 11 minə yaxını isə yaralanıb. Onun sözlərinə görə, yaralanan 5 min hərbçiyə 1-ci qrup əlil, 6 minə yaxınına isə 2-ci qrup əlil statusu verilib.

Bundan başqa, M.Manukyan deyib ki, fiziki baxımdan sağlam olan, ancaq müharibədə ağır psixoloji sarsıntı keçirən erməni hərbçilərinin sayı 2 min nəfərdir. Hansı ki, cəmiyyət onları sağlam insan kimi qəbul etmir.

Ekspert vurğulayıb ki, Avropa Şurasının qiymətləndirmə metoduna əsasən, ölən və itkin düşən erməni hərbçilərinin hər birinin dəyəri 3,1 milyon avrodur.

İqtisadçının hesablamalarına görə, Ermənistanın maddi itkiləri aşağıdakı kimidir:

- “Hayastan” ümumerməni Fondu Azərbaycanın nəzarətinə keçən Qarabağ ərazilərinə 150 milyon ABŞ dolları yatırım etmişdi. Bu yatırımdan gələn multiplikativ effekt 500 milyon ABŞ dolları olacaqdı.

- Ermənistanın müdafiə sisteminə dəyən ziyan 2 milyard ABŞ dolları olub.

- Zod qızıl yatağının bir hissəsinin itirilməsinə görə dəyən ziyan 8 milyard dollar.

- Qarabağda Azərbaycanın nəzarətinə keçən hidroelektrik stansiyaların dəyəri 600 milyon, 95 min hektar kənd təsərrüfatına yararları ərazilərin dəyəri isə 3 milyard ABŞ dollarıdır. Bundan başqa, Qarabağda 15 dağ-mədən yatağı da itirilib. Bunların ümumi dəyəri 3 milyard ABŞ dollarıdır.

- Ölənlərin ailələrinə, həmçinin müharibədə yaralanıb əlil olan əsgərlərə verilən təzminat – 1,2 milyard ABŞ dollarıdır.

- Müharibə nəticəsində Ermənistanın bank sisteminə 1 milyard ABŞ dolları zərər dəyib.

- İnfrastruktur obyektlərinə dəyən ziyan 2 milyard ABŞ dolları olub.

- Hadrutdakı “Kataro” şərab zavodu və Qubadlı rayonunun Xanlıq kəndindəki tütün zavoduna görə dəyən ziyan – 100 milyon ABŞ dolları.

- Mənəvi ziyan ümumilikdə 3 milyard ABŞ dolları olub.

- Ərazi itkiləri (meşə, yer və su, yaşayış fondu) – 7 milyard ABŞ dolları.

M.Manukyan erməni tərəfinə İkinci Qarabağ müharibəsində dəyən ziyanın ümumilikdə 38,4 milyard ABŞ dolları olduğunu vurğulayıb. (Report)

İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

“X”-in işində NASAZLIQ YARANIB
06:00 24.04.2024
Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
05:00 24.04.2024
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
03:49 24.04.2024
Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqləyib
02:30 24.04.2024
Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
Hamısı